"Milan" Kayl Uolker ilə yollarını ayıracaq.

Offsideplus.az xəbər verir ki, ingiltərəli futbolçunun icarə müddəti uzadılmayıb. O, "Mançester Siti"yə qayıdacaq.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Uolkerin "Mançester Siti"də də gələcəyi yoxdur. O, Pep Qvardiolanın planlarına daxil deyil.

35 yaşlı futbolçu özünə yeni komanda tapmalı olacaq.