"Napoli" klubu baş məşqçisi Antonio Konte ilə bağlı qərarını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis növbəti mövsümdə komandada qalacaq.
Bu barədə klub rəsmi sosial media hesablarından məlumat verib.
Kontenin məvacibi də yüksəldiləcək. Ona istədiyi transfer büdcəsi də veriləcək.
Neapol təmsilçisinin prezidenti Aurelio De Laurentis ona söz verib.
Əlavə edək ki, Konte ilə "Yuventus" yaxından maraqlanırdı. Lakin təcrübəli mütəxəssis "Napoli"də qalmağı üstün tutub.