Antonio Konte yenidən "Yuventus"u çalışdıra bilər.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis "qoca sinyora"nın növbəti mövsüm üçün baş məşqçiliyə əsas namizədidir.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Turin klubunu hazırda İqor Tüdor çalışdırır.

Konte isə "Napoli"nin baş məşqçisidir. Onun komandası hazırda İtaliya A Seriyasında çempionluğa gedir.