Mario Balotelli karyerasını İtaliya A seriyasında davam etdirməyə yaxındır.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı "La Gazetta dello Sport" yayıb.

Təcrübəli forvard "Cenoa"nın maraq dairəsindədir. Mənbəyə görə, Balotelli artıq müqaviləsinin daha incə detalları ilə razılaşıb. İtaliyalı futbolçu ilinə 250.000 avrodan 300.000 avroya qədər qazana bilər. O, mövsümün sonuna qədər müqavilə imzalayacaq.