Transfer çalışmalarını davam etdirən "Yuventus" "Atalanta"da çıxış edən Teun Koopmeiners üçün hərəkətə keçib.

Offsideplus.az xəbər verir ki, məlumatı insayder Fabrizio Romano yayıb. 

"Yuventus" 26 yaşlı oyunçu üçün "Atalanta"ya 55 milyon avro təklif edib. 

Mövzu ilə bağlı açıqlama verən "berqamolılar"ın baş məşqçisi Can Pyero Qasperini bunları söyləyib: 

"Teun "Yuventus"a getməyə qərar verdi. Bizimlə məşq etmək istəmir”.