Antoni Konte karyerasını "Napoli"də davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. A Seriyası klubu və italyan mütəxəssis arasında razılıq əldə olunub.
Konte ilə müqavilənin müddəti 2027-ci ilədək nəzərdə tutulub.
Qeyd edək ki, italyan mütəxəssis daha öncə İtaliyanın "Atalanta", "Yuventus", "İnter" klublarını çalışdırıb. Onun son klubu İngiltərə "Tottenhem"i olub.