İtaliya “İnter”inin müdafiəçisi Benjamin Pavar A Seriyasının “Atalanta” ilə (2:1) matçında zədələnib.

Offsideplus.az xəbər verir ki, bu gün keçirilən tibbi müayinə fransalı futbolçunun diz oynağının yerindən çıxması diaqnozu qoyulduğunu göstərib.

Pavar əməliyyat olunmayacaq, lakin onun təxminən 3-4 həftə gips taxacağı bildirilir.