"Sassuolo" komandası yoldaşlıq matçında rəqibini "qol atəşi"nə tutub. 

Offsideplus.az xəbər verir ki, İtaliya A seriyası təmsilçisi "Real Vicenzo" ilə qarşılaşıb və 22:0 hesabı ilə qalib gəlib. "Sassuolo"nun qollarının Mulattieri (5), Thorstvedt (4), Bajrami (3), Antiste (3), Pinamonti (3), Berardi (2), Kuriakopoulos və Enrike vurublar.

Qeyd edək ki, "Sassuolo" ötən mövsüm A seriyasını 45 xalla 13-cü pillədə başa vurub

Qollar aşağıdakı dəqiqələrdə vurulub:

2' 1-0
11' 2-0
20' 3-0
23' 4-0
28' 5-0
30' 6-0
36' 7-0
41' 8-0
44' 9-0
45' 10-0
51' 11-0
52' 12-0
55' 13-0
56' 14-0
59' 15-0
64' 16-0
74' 17-0
79' 18-0
83' 19-0
85' 20-0
88' 21-0
90' 22-0