İtaliyanın "Yuventus" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Offsideplus.az "Sky Sports"a istinadla xəbər verir ki, A Seriyası təmsilçisi, "Çelsi"nin mərkəz hücumçusu Romelu Lukakunu transfer etmək istəyir.

Məlumata görə, 30 yaşlı forvard üçün hazırda tərəflər arasında danışıqlar aparılır.

Lukakunun "Çelsi" ilə 2026-cı ilədək müqaviləsi var.