İtaliyanın "Milan" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Gazzetta dello Sport"a istinadla xəbər verir ki, "Rossonyerilər" son mövsümü icarə əsasında "İnter"də keçirən hücumçu Romelu Lukakunu sıralarına qatmaq niyyətindədir.

Milan təmsilçisi 30 yaşlı belçikalı forvard üçün "Çelsi" ilə danışıqlara başlayacaq.