2023/2024 mövsümündə İtaliya A Seriyasında oynamaq hüququ qazanan 3-cü komanda da bəlli olub.
Offsideplus.az xəbər verir ki, "Kalyari" "Bari" ilə pley-off finalında (1:1, 1:0) keçirilən görüşlərdə A Seriyasına vəsiqəni təmin edib.
Qeyd edək ki, Klaudio Ranyerinin baş məşqçisi olduğu kollektiv B Seriyasında bir mövsüm keçirərək yenidən A seriyasına qayıdıb.