İngiltərənin "Mançester Yunayted" klubu Lautare Martinezlə maraqlanır.

 Offsideplus.az "Fichajes"ə istinadla xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq İtaliya "İnter"inin 25 yaşlı argentinalı hücumçusunu yayda sərəncamında görmək istəyir.

Qeyd edək ki, Martinezin A Seriyası təmsilçisi ilə 2026-cı ilədək müqaviləsi var.