PSJ-nin hücumçusu Lionel Messi karyerasını İtaliyada davam etdirə bilər. 

Offsideplus.az "tribuna.com"a istinadən xəbər verir ki, bu barədə jurnalist Serxio Qonzales məlumat verib. 

Onun sözlərinə görə, argentinalı ulduz ilə "İnter" klubu maraqlanır: "Etibarlı mənbə mənə "İnter"in Messini almaq niyyətində olduğunu söylədi. "Neradzurri" Messi ilə danışıqlarda "Zanetti faktoru"nu işə salmağa hazırlaşır. Argentinalı keçmiş futbolçu Milan klubunda əfsanədir. Milan təmsilçisi ümid edir ki, Zanetti həmyerlisini razı sala biləcək".