İtaliyanın "Roma" klubu ciddi itki ilə üzləşib.

Offsideplus.az  xəbər verir ki, paytaxt təmsilçisinin futbolçusu Corcinyo Veynaldum ağır zədə alıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbəyə görə, məşq zamanı 32 yaşlı yarımmüdafiəçinin sağ ayağının baldır sümüyü sınıb. 

Veynaldumun yaşıl meydanlara nə vaxt qayıdacağı məlum deyil.

Qeyd edək ki, Corcinyo Veynaldum "Roma"ya bu ay Fransanın PSJ klubundan keçib. O, mövsümün sonuna qədər icarə əsasında "canavarlar"da çıxış edəcək.