“Vilyarreal” klubu seneqallı hücumçusu Bulaye Dia ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı futbolçu İtaliyanın “Salernitana” klubuna transfer edilib.

 A Seriyası təmsilçisi forvardı satınalma şərti ilə icarəyə götürüb. Bir mövsümlük icarə üçün İspaniya klubuna 1 milyon avro ödəniləcək. Mövsümün sonunda isə “Salernitana” əlavə 12 milyon avro ödəməklə futbolçunun transfer hüquqlarını da almalıdır.