“Yuventus” klubu “Barselona”dan hücumçusu Memfis Depayla müqaviləyə xitam verməsini gözləyir.
Offsideplus.az xəbər verir ki, Turin klubu 28 yaşlı niderlandlı üçün “simvolik qonorar” ödəyəcək. Futbolçunun özünə isə 6 milyon avro maaş və 2 illik müqavilə təklif olunub.
Qeyd edək ki, Depayın La Liqa təmsilçisi ilə müqaviləsi 30 iyun 2023-cü ilə qədər qüvvədədir.