"Roma" PSJ-nin futbolçusu Corcinyo Veynaldumu heyətinə qatıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Paytaxt təmsilçisi 31 yaşlı yarımmüdafiəçini 1 illik icarəyə götürüb. Anlaşmaya əsasən sezonun sonunda A Seriyası təmsilçisi futbolçunun transfer hüququnu ala bilər.

Qeyd edək ki, Veynaldum 2021-ci ildən PSJ-nin futbolçusudur. Niderland millisinin kapitanı Paris təmsilçisindəki durumundan narazı olduğu üçün komandadan ayrılmaq qərarına gəlib.