"Milan" "Brügge"dən Şarl de Ketelarenin transferini tamamlayıb.
Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Belçikalı futbolçu yeni klubunda 90 nömrəli forma ilə çıxış edəcək.
İtaliya mətbuatında çıxan xəbərlərə görə, bu transfer üçün "Milan" 30 milyon avroya yaxın bir təzminat ödəyəcək.
Qeyd edək ki, de Ketelare ötən mövsüm Belçika təmsilçisində meydana çıxdığı 49 oyunda 18 qol vurub. 11 qolun ötürməsini verib. O, 2021-ci ildən oynadığı milli komandada isə 5 matç keçirib.