"Yuventus" hücum xəttini gücləndirmək istəyir.

 Offsideplus.az xəbər verir ki, Turin təmsilçisi ön xətt mövqeyinə transfer edəcəyi futbolçuları müəyyənləşdirib. Bu barədə insayder Fabritsio Romano məlumat verib.

"Atletiko"dan (Madrid) Alvaro Morata, "Çelsi"dən Timo Verner, "Barselona"dan isə Memfis Depay "qoca sinyora"nın siyahısında yer alır. Klub sözügedən oyunçuları heyətinə qatacağına ümid edir.