"Latsio"nun hücumçusu Vedat Muriç  "Malyorka"ya transfer olunub.

 Offsideplus.az xəbər verir ki, bu barədə Roma təmsilçisinin mətbuat xidməti məlumat yayıb. La Liqa klubu ötən mövsümün 2-ci yarısında komandada icarə əsasında çıxış edən 28 yaşlı futbolçunu birdəfəlik heyətinə qatıb. Bu keçidə görə qarşı tərəfə 7.5 milyon avro ödənib.

Qeyd edək ki, Kosova millisinin forvardı "Latsio"ya 17.5 milyon avro qarşılığında "Fənərbağça"dan keçmişdi. Vedat Muriç geridə qalan mövsümün 2-ci yarısından oynadığı klubda 17 matçda 5 qol və 3 asisstlə fərqlənib.