"Lill"in futbolçusu Zeki Çelik karyerasını İtaliyada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı türkiyəli müdafiəçi "Roma" ilə anlaşıb. "Canavarlar" bu keçid üçün fransızlara 7 milyon avro ödəyəcək. Bu barədə jurnalist Canluka di Martsio məlumat yayıb.

Qeyd edək ki, Zeki 2018-ci ildən "Lill"də çıxış edir.