"Mançester Yunayted" klubundan ayrılan Nemanya Matiçin yeni klubu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi "Roma"ya keçib. Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

33 yaşlı futbolçu ilə 1 illik müqavilə imzanıb.

Qeyd edək ki, Matiç daha əvvəl "Çelsi" və "Benfika"da da oynayıb.