"İnter" sabiq futbolçusu Romelu Lukakunu qaytaracaq.
Offsideplus.az "Calciomercato"ya istinadən xəbər verir ki, Milan təmsilmçisi gələn ay 29 yaşlı hücumçunun transferini bitirəcək. Belçikalı ulduz özü də "Çelsi"dən ayrılmağa müsbət yanaşır. Onun "zadəganlar"la hazırkı sözləşməsi 2026-da başa çatır.
Qeyd edək ki, Lulaku bu sezon London klubuyla 44 matçda 15 qol və 2 məhsuldar ötürmə edib.