"Milan" yeni mövsüm üçün transfer çalışmalarına başlayıb.

 Offsideplus.az xəbər verir ki, komanda "Lill"in 24 yaşlı yarımmüdafiəçisi Renato Sançeslə anlaşıb. Bu barədə jurnalist Ekrem Konur "tvitter" hesabında məlumat yayıb. Keçidin yaxın günlərdə açıqlanacağı bildirilir.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü 2019-cu ildən "Lill"də çıxış edir.