İtaliya A Seriyasında son tur ərəfəsində 2021/2022 mövsümünün ən yaxşıları bəlli olub.

Offsideplus.az xəbər verir ki, “Milan”dan Mayk Meynyan ən yaxşı qapıçı, "Torino"dan Qleison Bremer ən yaxşı müdafiəçi, "İnter"dən Marselo Brozoviç ən yaxşı yarımmüdafiəçi, "Latsio"dan Ciro İmmobile isə ən yaxşı hücumçu seçilib.

Qeyd edək ki, A seriyasında qalib son turda müəyyənləşəcək. Hazırda "Milan" 83 xalla 1-ci, "İnter" 81 xalla 2-cidir.