"Liverpul"un futbolçusu Məhəmməd Salah karyerasını İtaliyada davam etdirəcək.
Offsideplus.az "Football İtalia"ya istinadən xəbər verir ki, "Yuventus" 29 yaşlı misirli hücumçunu yayda heyətinə qatmağa yaxındır. Onun "mersaydlılar"la müqaviləsi 2023-də başa çatır.
Bildirək ki, afrikalı forvard "qırmızılar"ın ona təklif etdiyi yeni sözləşməni qəbul etməyib.
Qeyd edək ki, Salah bu mövsüm 45 matçda 30 qol və 14 məhsuldar ötürmə edib.