"Cenoa" Andrey Şevçenkonu istefaya göndərib.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, A Seriya təmsilçisi 46 yaşlı ukraynalı çalışdırıcını vaxtından əvvəl göndərib.
Şevçenkonun başçılığı altında komanda 11 matçda 1 dəfə qalib gəlmişdi.
Qeyd edək ki, ukraynalı mütəxəssis keçən ilin noyabrın 7-də bu postda gəlmişdi.