“Torino”nu futbolçusu Andrea Belotti Səudiyyə Ərəbistanın "Əl-Hilal" klubuna keçə bilər.

Offsideplus.az  xəbər verir ki, Riyad təmsilçisi 28 yaşlı hücumçunu heyətinə qatmaq istəyir. Lakin oyunçu mövsümün sonuna kimi Turində qalmaq niyyətindədir.

Qeyd edək ki, Belotti bu mövsüm "Torino" formasıyla 10 matçda 2 qol və 1 məhsuldar ötürmə edib.