A seriya təmsilçisi "Kalyari"nin yeni baş məşqçisi məlum olub.
Offsideplus.az xəbər verir ki, bu vəzifəyə Rolando Maran təyin edilib. 54 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, R.Maranın son klubu "Kievo" olub. O, 2014-cü ildən 2018-in mayına kimi bu klubu çalışdırıb.