"Fiorentina"nın serbiyalı ulduzu Duşan Vlahoviç yeni göstəriciyə imza atıb.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı futbolçu A Seriyasında "Spezia" ilə matça  fərqlənərək bu ilki klub qolu sayında (35 oyunda 25 qol) liderliyi ələ keçirib. Siyahıda Lionel Messi ( 26 matç, 23 qol), Kriştiano Ronaldo (31 görüş, 21 qol) və Mbappe ( 29 qarşılaşma, 20 qol) qərarlaşıb.

Qeyd edək ki, Vlahoviç 2018-dən Florensiya təmsilçisinin şərəfini qoruyur.