"Roma"nın türk futbolçusu Cengiz Ünder  2017-2018 mövsümün ən yaxşı gənc oyunçusu seçilib. 

Offsideplus.az xəbər verir ki, 21 yaşlı türkiyəli hücumçu paytaxt təmsilçisinin azarkeşləri tərəfindən aparılan səsvermədə hamını qabaqlayıb.

 Lorenzo Pelleqreni 2-ci, Patrik Şik isə 3-cü olub.

Qeyd edək ki, Cengiz Ünder başa çatan mövsümdə "Roma"nın heyətində 32 oyunda 8 qol vurub, 2 məhsuldar ötürmə edib.