"Roma"nın türk futbolçusu Cengiz Ünder 2017-2018 mövsümün ən yaxşı gənc oyunçusu seçilib.
Offsideplus.az xəbər verir ki, 21 yaşlı türkiyəli hücumçu paytaxt təmsilçisinin azarkeşləri tərəfindən aparılan səsvermədə hamını qabaqlayıb.
Lorenzo Pelleqreni 2-ci, Patrik Şik isə 3-cü olub.
Qeyd edək ki, Cengiz Ünder başa çatan mövsümdə "Roma"nın heyətində 32 oyunda 8 qol vurub, 2 məhsuldar ötürmə edib.