"Roma"nın baş məşqçisi Joze Mourinyo Konfrans Liqasının pley-off mərhələsində "Trabzonspor"a qarşı cavab oyunundan öncə mətbuat konfransı keçirib.

Offsideplus.az xəbər verir ki, 58 yaşlı mütəxəssis jurnalistin "Komandanızdan məmnunsunuzmu?" sualına PSJ-nin baş məşqçisi Maurisio Poçettinoya söz ataraq cavablandırıb.

"Komandasından məmnun olan bir dənə də olsun baş məşqçi tanıyırsınız? Bəlkə də Poçettino", - deyə o, gülərək bildirib.

Qeyd edək ki, ilk oyun "Roma"nın "Trabzonspor" üzərində 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.