"Fənərbağça" futbolçusu Dieqo Perotti ilə müqaviləyə xitam verəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira məlumat yayıb. 33 yaşlı vinger İtaliyanın "Cenoa" klubuna keçəcək. A Seriyası təmsilçisi argentinalı futbolçu ilə 2023-cü ilədək müqavilə imzalayacaq.
Qeyd edək ki, Perotti 2014-2016-cı illərdə də "Cenoa"da çıxış edib.