İtaliya millisinin üzvü Manuel Lokatelli A Seriyasında klubunu dəyişib.

Offsideplus.az xəbər verir ki, "Yuventus" 23 yaşlı yarımmüdafiəçini icarə əsasında heyətinə qatıb. 2026-cı ilədək "qoca sinyora"nın formasını geyinəcək gənc futbolçu bu gün tibbi müayinədən keçib.

Turin təmsilçisi birbaşa transfer şərti ilə 2 illik icarə qarşılığında Lokatelli üçün "Sassuolo"ya 35 milyon avro ödəyəcək.