AVRO-2020-dən sonra Şimali Makedoniya yığmasındakı karyerasını başa vuran Qoran Pandev "Cenoa" ilə yeni müqavilə imzalayıb.
Offsideplus.az xəbər verir ki, 38 yaşlı hücumçu ilə müqavilənin müddəti 2022-ci ilin iyununa kimi uzadılıb.
Qeyd edək ki, təcrübəli futbolçu ötən mövsüm meydana çıxdığı 30 matçda 7 qol vurub, 3 qolun ötürməsini verib.