"Roma" klubunun türk futbolçusu Cengiz Ündər mükafatlandırılıb.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı futbolçu "canavarlar"ın heyətində sərgilədiyi performansa görə, bu mükafata layiq görülüb. Belə ki, ona "İlin ən yaxşı gənc əcnəbi oyunçusu" adı verilib. Paytaxt Romada təşkil edilən mərasimdə Ündərə bu mükafatı Türkiyənin İtaliyadakı səfiri Murat Səlim Esenler və İspaniyanın Barselona şəhərindən dəvət edilən FİFA meneceri Bayram Tutumlu təqdim edib.
Qeyd edək ki, Cengiz Ündər 2017-ci ildən "Roma"nın şərəfini qoruyur.