İtaliyanın "İnter" klubu futbolçusu Lautaro Martinesə yeni transfer qiyməti müəyyənləşdirib.

Offsideplus.az xəbər verir ki, klub argentinalı futbolçunu komandada saxlamaq niyyətindədir. Martines klubla yeni müqavilə imzalamasa, Milan təmsilçisi onun üçün ciddi transfer məbləği tələb edəcək. Məlumata görə, "İnter" 23 yaşlı futbolçunun keçidindən azı 80-90 milyon avro qazanmaq niyyətindədir. "Göy-qaralar"ın hücumçu üçün gələn 50 milyon avroluq təklifdən imtina etdiyi bildirilir.

Martinesin klubla müqaviləsi 2023-cü ilin yayında başa çatır.