"Atalanta" İngiltərə klubunun 50 milyon avroluq təklifini rədd edib.
Offsideplus.az "Tuttosport"a istinadla xəbər verir ki, "Tottenhem" Kristian Romeronun transferi üçün italyanlara rəsmi müraciət ünvanlayıb. Argentinalı yarımmüdafiəçi karyerasını Premyer Liqada davam etdirmək istəsə də, müqavilə ilə məxsus olduğu Berqamo təmsilçisi Romeronu satmaq istəmir. Daha doğrusu, 50 milyon avro klub rəhbərliyini qane etmir.
Qeyd edək ki, 23 yaşlı futbolçu ötən mövsüm "Atalanta" formasında meydana çıxdığı 42 qarşılaşmada 3 qol vurub, 5 məhsuldar ötürmə verib.



