Əfsanəvi futbolçu Andrea Pirloya vəzifə verilir.

Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı futbolçu "Skuadro Azzura"nın baş məşqçisi Roberto Mançinin köməkçisi olacaq. Futbolçu karyerası ərzində millinin əfsanələrindən birinə çevrilən Pirlo bu dəfə məşqçi kimi komandasının uğurları üçün çalışacaq.

Qeyd edək ki, ölkəsində "İnter", "Milan" və "Yuventus" kimi klubların formasını geyinmiş 38 yaşlı əfsanə son olaraq, MLS klublarından "Nyu York Siti"də çıxış edib və burada da karyerasını sonlandırıb.