"Roma"nın heyətində ciddi itki baş verib. 

Offsideplus.az xəbər verir ki, "canavarlar"ın gənc futbolçusu Cengiz Ünder zədələnib. Məşqdə xəsarət alan türk yarımmüdafiəçi hazırlığı yarımçıq tərk edib.

21 yaşlı futbolçunun A Seriyasının son turunda "Sassuolo"ya qarşı oynayıb-oynamayacağı müayinədən sonra məlum olacaq.