Adı PSJ ilə hallanan Kriştiano Ronaldonun bu yay "Yuventus"u tərk edəcəyi gözlənilir.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, 36 yaşlı hücumçunu Turin təmsilçisində 5 ulduz futbolçudan biri əvəzləyə bilər. "7" nömrənin yerinə 5 mümkün namizədlər aşağıdakılardır:

Erlinq Haaland, Harri Keyn, Mauro İkardi, Qabriel Jesus Antuan Qrizmann.

"Borussiya"nın 20 yaşlı hücumçusu bir çox klubunun transfer hədəfidir. Bu səbədən "Qoca Sinyora" üçün Haalandı transfer etmək çətin olacaq.

"Tottenhem"in kapitanı Harri Keyn titulsuz keçirdiyi illərdən yorulub. Futbolçu ilə İngiltərənin "Mançester Siti" klubu yaxından maraqlanır. "Yuventus" 27 yaşlı forvardı transfer edib, sonuncu dəfə "İnter"in qazandığı İtaliya çempionluğunu yenidən əldə etmək istəyir.

Kriştianonun PSJ-yə keçməsi halında "Yuventus" Mauro İkardini tələb edəcək. Argentinalı hücumçunun adı uzun müddətdir ki, Turin təmsilçisi ilə anılır.

Qabriel Jesusa gəlincə isə, "Mançester Siti"də Pep Qavrdiolanın rəhbərliyi altında meydana çıxmaqda çətinlik çəkən futbolçu, komandadan ayrılmaq istəyir. 

Bundan əlavə, Serxio Aquero və Memfis Depayın gəlişindən sonra, Antuan Qrizmannın komandanı tərk edəcəyi gözlənilir. 

Qeyd edək ki, Kriştiano Ronaldonun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayında başa çatır.