"Roma"nın yeni baş məşqçisi Joze Mourinyo "Aston Villa"nın kapitanını komandasında görmək istəyir.

Offsideplus.az xəbər verir ki,  58 yaşlı mütəxəssis Cek Qrilişlə yaxından maraqlanır. Lakin "Roma" 25 yaşlı vingeri transfer edə bilməz. Bu barədə Mourinyo özü açıqlayıb:

"Məncə, Qriliş hansı klubların onu ala biləcəyini bilir. Dostum Kristian Purslou da ("Aston Villa"nın icraçı direktoru) futbolçunun potensialını və dəyərini anlayır və əlbəttə ki, o, "Roma" üçün deyil".