"İnter" "Mançester Yunayted"in futbolçusu Donni Van de Beki heyətinə qatmaq istəyir.
Offsideplus.az "Calciomercato"ya istinadən xəbər verir ki, İtaliya A Seriyası təmsilçisi hollandiyalı yarımmüdafiəçi ilə futbolçusu Kristian Erikseni əvəzləməyi planlaşdırır. Van de Bek əsas namizəd olsa da, "İnter" futbolçunu satın ala bilməyəcək. Belə ki, klub rəhbərliyi icarə əsasında 24 yaşlı oyunçunu transfer etmək arzusundadır.
Qeyd edək ki, Eriksen iyunun 12-də Finlandiya ilə oyun zamanı huşunu itirərək, yerə yıxılıb. Ürəyinə implant dərialtı kardioverter-defibrillyator quraşdırılan futbolçu, böyük ehtimalla, yaşıl meydanlara qayıda bilməyəcək.