"Roma" klubu türk futbolçusu Cengiz Ündər üçün edilən 35 milyon avroluq təklifi rədd edib.

Offsideplus.az "Skorer"ə istinadən xəbər verir ki, İngiltərənin "Arsenal" və Fransanın "Monako" klubları 20 yaşlı futbolçu üçün "canavarlar"ın qapısını döyüb. Lakin, "Roma" bu təklifləri geri çevirib. Klub türk futbolçunu 50 milyon avrodan aşağı satmaq fikirində olmadığını bildirib.

Qeyd edək ki, Ündər 2017-ci ildən "Roma"da top qovur və bu mövsüm çıxdığı 32 oyunda 8 qol vurub, 2 məhsuldar ötürmə edib.