"İnter"i İtaliya çempionu edən Antonio Konte postundan ayrılır.
Offsideplus.az "La Gazzette dello Sport"a istinadla xəbər verir ki, buna səbəb baş məşqçi ilə klub rəhbərliyi arasında yaranmış fikir ayrılığıdır. Belə ki, klubdakı əsas söz sahibləri maaşların 20 faiz azaldılmasını və bir neçə futbolçunun yaxşı qiymətə satılmasını planlayıb. Bu isə Konteni qətiyyən razı salmır. Onun istəyi heyətə yeni futbolçuların cəlb olunması və komandanın Çempionlar Liqasında uğur qazanmasıdır.
Mənbənin məlumatına görə, yaxın 2 sutka ərzində "İnter" 51 yaşlı mütəxəssislə yolların ayrıldığını təsdiqləyəcək.