"Yuventus"un futbolçuları baş məşqçidən narazıdır. 

Offsideplus.az "Football İtalia"ya istinadla xəbər verir ki, komanda üzvləri Andrea Pirlonun məşq prosesindən gileylənir. Onlar məşqlərin olduqca zəif keçildiyini və buna görə də oyunlar zamanı futbolçuların "çatdırmadığını" deyir. Daha bir narazılıq isə Pirlonun mətbuata verdiyi açıqlamalardır. Baş məşqçinin bəzi açıqlamaları futbolçuların və klub rəhbərliyinin ürəyincə deyil.

Qeyd edək ki, mayın 9-da "Milan"a 0:3 hesablı yenilgidən sonra Pirlo "Yuventus"u tərk etmək haqda düşünmədiyini demişdi.