"Yuventus" uğursuz nəticələrdən sonra baş məşqçisi Andrea Pirlo ilə davam etmək niyyətində deyil.

 Offsideplus.az "Tuttosport" nəşrinə istinadən xəbər verir ki, Turin təmsilçisi bu mövsümün sonunda 41 yaşlı mütəxəssislə yolları ayıracaq.

Məlumatlara görə, "qoca sinyora"nın prezidenti Andrea Anyelli bu posta Madrid "Real"ının baş məşqçisi Zinəddin Zidanı gətirmək üçün hərəkətə keçib. 

Hazırda tərəflər arasında illik məvacibin 12 milyon avro olması barədə danışıqlar aparılır.

"Yuventus"un alternativi isə "Napoli"nin çalışdırıcısı Cennaro Qattuzodur.