"İnter"lə İtaliya çempionu olan Romelu Lukaku maraqlı açıqlama ilə gündəmə gəlib.
"Neradzurra"nın qoleadoru dünyanın ən güclü futbolçusunun adını söyləyib.
Offsideplus.az xəbər verir ki, Belçikanın RTBF kanalına müsahibə verən 27 yaşlı forvard bunları deyib: "Ümid edirəm ki, Belçika millisinin digər futbolçuları da mövsümü çempion kimi başa vuracaq: Eden Hazard, Kevin De Brüyne, Tibo Kurtua, Aksel Vitsel... Çempionluq hər bir futbolçuya təcrübə və özünəinam qazandırır. Dünyanın ən güclü hücumçusu? Heç şübhəsiz, Kərim Benzema. O, əsl forvarddır".
Qeyd edək ki, Lukaku cari mövsümdə A Seriyasında 33 matçda 21 qol vurub.