Romelu Lukaku "İnter"in çempionluğu haqda danışanda maraqlı mövzuya toxunub.

Offsideplus.az "La Tribune"a istinadla xəbər verir ki, belçikalı forvard inamlı təsir bağışlamasının səbəbini baş məşqçi Antonio Kontedə görür. Lukaku hətta Konteyə görə ölümə hazır olduğunu deyib: "Təəssüf ki, bizə "Çelsi"də birlikdə çalışmaq qismət olmadı. Lakin "Mançester Yunayted"dən ayrılandan sonra ən yaxşılardan biri olacağıma inanırdım. Konte məni kənara çəkdi və dedi: "Məşqlərdə çalışmasan, oynamayacaqsan". Həyatda və karyerada doğru sözü sənin üzünə deyəcək, ya da deyə biləcək adamları tapmaq çətin məsələdir. Belə insanlardan biri Kontedir. Mən bu adama görə ölümə də gedərəm".

Qeyd edək ki, Lukaku komandanın çempionluğu bayram etməsində böyük pay sahibi olub. Meydana çıxdığı 33 görüşdə 21 qol vurub, 10 məhsuldar ötürmə edib.